Bura yazmaq üçün ağlıma nəsə gəlmir... :P

 

Nokia Tune 2012

10.000$ mükafat olsun, işin arxasında Azərbaycanlı olmasın? =)

Finlandiyanın əsasən mobil istehsalçı olan “Nokia” şirkəti 2012-ci il üçün “Nokia Tune”un ən yaxşı remiksini seçir. “Nokia Tune” 1994-cü ildən bəri bütün Nokia mobil telefonlarının defolt rinqtonudur. Qalib olacaq rinqton 2012-ci ildən etibarən istehsal olunacaq Nokia mobil telefonlarında defolt rinqton olaraq istifadə ediləcək. Yaradılmış rinqton birmənalı olaraq “Nokia Tune”u xatırlatmalı və asanlıqla tanınmasını təmin etməkdir. Müsabiqənin qalibinə hədiyyə 10.000$ pul mükafatıdır. II-VI yer tutmuş iştirakçıların hərəsinə isə 1.000$ mükafat veriləcəyi bildirilir.

Müsabiqədə diqqətimi çəkən ən maraqlı məqam “nokianooo” adlı rinqtondur. Çünki bu rinqton azərbaycanlı və dünyada da yetəricə məşhur olan bəstəkar Vaqif Mustafazadənin “Düşüncələr” ifasının motivləri əsasında hazırlanmışdır. Və hələ də davam edən səsvermədə yetərincə irəli sıralardadır. Siz də rinqtonumuza səs verə bilərsiniz. =) goo.gl/Fkjck

Rinqtonu bu linkdən yükləyə bilərsiniz: goo.gl/21Uhs

Müsabiqənin səsverməsi Oktyabr ayının 4-də başa çatacaq.

Nokia Tune tarixi üçün hazırlanmış məzəli bir video rolik =)